Ali Məclisin deputatları bu tarixlərdə vətəndaşlar...
10:41 23.11.2024
0
0
1
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Sentyabrın 29-da Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Bruney-Darüssalamın baş prokuroru xanım Nor Hashimah Binti Haji Mohammed Taibin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Azərbaycan-Bruney arasında mehriban dostluq və əməkdaşlıq əlaqələrindən danışan baş prokuror Kamran Əliyev, ölkə başçılarının birgə səyləri və siyasi iradələri sayəsində ölkələrimiz arasında münasibətlərin həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı çərçivəsində xalqlarımızın mənafelərinə uyğun inkişaf etdiyini vurğulayıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan baş prokuror Kamran Əliyev, COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi -UNODC ilə birgə noyabrın 15-də “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil olunacağını bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.
Bruney-Darüssalamın baş prokuroru səmimi qəbula görə minnətdarlığını bildirərək ikitərəfli münasibətlərin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.
Digər xəbərlər