İlham Əliyev Azərbaycanın minifutbol üzrə dünya çe...
20:34 02.06.2025
0
0
0
NAXÇIVAN :
02 Iyun 2025, Bazar ertəsi
"Bu mənim Naxçıvana 14-cü səfərimdir. Hər səfərimdə Naxçıvanın daha da gözəlləşdiyinin, inkişafının daha da sürətləndiyinin şahidi oluram. Bütün küçələrdə avtomobillərin sıx şütüməsi ilə yanaşı, insanların da böyük bir sevinc içərisində rahat istirahət ovqatında gəzməsini muxtar respublikadakı son illərdəki dəyişikliyin müsbət təzahürü kimi qiymətləndirirəm".
Bu sözləri "Şərq qapısı"na açıqlamasında Azərbaycan Respublikasının Əməkdar jurnalisti İxtiyar Hüseynli deyib.
O qeyd edib ki, Naxçıvanda keçirilən "MEDİAFEST-2025" yalnız adi bir tədbir deyildi: "Bunu, ümumiyyətlə, Azərbaycanda bütün media ictimaiyyətini birləşdirən bir sammit kimi qəbul edirəm və hesab edirəm ki, Naxçıvanda Azərbaycanın media sammiti keçirildi. Qeyd etmək olar ki, bu media sammitinin bir neçə mühüm tərəfi var. Birincisi, 150 illiklə bağlı Azərbaycanın media ictimaiyyəti – Bakıdan gələnlər Naxçıvandakı islahatları aydın nəzərlə gördülər. Dolğun təsəvvürləri formalaşdı və eyni zamanda Naxçıvan mediası haqqında daha dolğun məlumat ala bildilər. Eyni zamanda Naxçıvandakı media təmsilçiləri də Bakıdan gələn media təmsilçiləri ilə kommunikasiyaları sıxlaşdırdılar. Bu çox vacib bir şeydir. Mən Azərbaycan mediasında Naxçıvan mediasının rolunu həmişə yüksək qiymətləndirmişəm. Çünki mən hər həftə PDF-də "Şərq qapısı"nı oxuyuram. Bəlkə də, Bakıda ən sıx izləyicilərinizdən biri elə mənəm".
"Naxçıvan, təəssüf ki, blokada şəraitində yaşayıb və son dövrlərdə burada informasiya blokadası var idi. Naxçıvanla bağlı informasiya blokadasını hesab edirəm ki dağıdan, puç edən iki amil var – "Şərq qapısı" qəzeti və Naxçıvan televiziyası. Mən bunu tam məsuliyyətlə deyirəm və Naxçıvanda çox istəyirik, hər kəs bilsin ki, Bakıdan baxanda Naxçıvandakı islahatları, buradakı sürətli inkişafı obyektiv, düzgün, dəqiq, ətraflı məhz "Şərq qapısı"ndan oxuyur, Naxçıvan televiziyasının internet saytından görürük. "Şərq qapısı" hər zaman Naxçıvan tarixində mühüm rol oynayıb və bu gün də Naxçıvanın inkişaf tarixində mühüm rol oynamaqdadır. Bakıda həm "Şərq qapısı"nı, həm də Naxçıvanı sevənlər sizləri maraqla izləyir. Siz Naxçıvan haqqındakı xəbərləri Naxçıvan televiziyası ilə bərabər çox obyektiv, müfəssəl, ən əsası, peşəkar səviyyədə qiymətləndirirsiniz. İki media subyektinin timsalında onu demək istəyirəm ki, Azərbaycanın media ənənələrini yaşatmaqla yanaşı, həm də qlobal media trendlərinə çox peşəkar uyğunlaşırsınız. Sizlərin hər birinin fəaliyyətində dövlətçilik xətti də, vətənpərvərlik xətti də var.
Bir şeyi təqdir edirəm və həmişə dostlarıma deyirəm ki "Şərq qapısı" və Naxçıvan televiziyasının fəaliyyətlərinin yarısı Naxçıvana, yarısı Qarabağa, yarısı Zəngəzura aiddir Prezidentin izi ilə, yaxud digər rubrikalar var. Biz onu izləyir və qürur duyuruq ki, siz artıq bölgə qəzeti, televiziyası deyilsiniz. Siz ümummilli qəzet və ümummilli televiziyasınız", – deyə İxtiyar Hüseynli vurğulayıb.
Digər xəbərlər