Azərbaycan güləşçisi Avropa çempionu olub
22:47 12.07.2026
0
0
0
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Şuşada yeni inşa olunan Qarabağ küçəsi ilə tanış olublar.
"Şərq qapısı" xəbər verir ki, qonaqlar Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən inşa edilən müxtəlif təyinatlı 10 binaya baxış keçiriblər. Bu binalar arasında mehmanxana, apart hotel, ofis və ictimai iaşə obyektləri yer alır.
Qonaqlara bildirilib ki, tikinti işləri zamanı yüksək keyfiyyət standartlarının qorunması ilə yanaşı, binaların Şuşanın tarixi-memarlıq simasına və ümumi görünüşünə uyğunluğuna da xüsusi diqqət yetirilib. Layihənin həyata keçirilməsi tarixi şəhər və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın inkişafı istiqamətində görülən işlərin tərkib hissəsidir. Yeni tikililər şəhərin memarlıq ansamblını tamamlayır, eyni zamanda, burada aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin miqyasını əyani şəkildə nümayiş etdirir.
Qeyd edək ki, “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumunda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsinin, ekspertin və rəsmi şəxsin iştirakı gözlənilir.
Digər xəbərlər