NAXÇIVAN :

09 Oktyabr 2026, Cümə

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

...

Türkiyənin İstanbul şəhəsində 3 Oktyabr – Türk Dövlətləri ilə Əməkdaşlıq Gününü və Naxçıvan Sazişinin imzalanmasının 17-ci ildönümünü münasibətilə təntənəli tədbir keçirilib.

"Şərq qapısı" xəbər verir ki, Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən təşkil edilən mərasimdə təşkilata üzv ölkələrin dövlət rəsmiləri, diplomatik korpusun İstanbuldakı nümayəndələri, türk əməkdaşlıq qurumları və QHT-lərin rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım təşkilatın türkdilli xalqların birliyi baxımından əhəmiyyətini vurğulayıb, ortaq keçmişimiz və dövlətlərimizin gələcə ortaq baxışı barədə danışıblar.

Mərasim bədii hissə ilə davam edib.

Tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatının keçdiyi yol və fəaliyyətini özündə əks etdirən fotolardan ibarət sərgi açılıb.

Nəşr edilib : 09.10.2026 12:05