NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

İstanbulda iki bina çöküb, dağıntılar altında qalanlar var

...

Türkiyənin İstanbul şəhərində iki bina çöküb. Dağıntılar altında qalanlar var.
"Şərq qapısı" xəbər verir ki, şəhərin Fatih rayonunda baş verən hadisə yerinə çox sayda yanğınsöndürmə, təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.
 Binalarda qalan şəxslərin axtarış-xilasetmə işləri davam edir.
Binaların çökmə səbəbi hələ ki məlum deyil.

Nəşr edilib : 22.03.2026 14:14