NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

İranın şimalında zəlzələ olub

...

İranın şimalındakı Mazandaran əyalətində 4,6 maqnitudalı zəlzələ olub.
“Şərq qapısı” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 21:58-də (Bakı vaxtı ilə 22:28) təxminən 255 min əhalisi olan regionun paytaxtı Sari şəhərindən 15 kilometr məsafədə Xəzər dənizinin cənub sahilində qeydə alınıb.
Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Nəşr edilib : 13.12.2024 23:51