NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

İran və Türkiyənin Bağdaddakı səfirləri regional məsələləri müzakirə ediblər

...

İranın İraqdakı səfiri Məhəmməd-Kazım Ale-Sadiq Türkiyənin bu ölkəyə yeni təyin olunmuş səfiri Anıl Bora İnan ilə görüşüb.

Bu barədə İran KİV-i məlumat yayıb.

Qeyd olunub ki, diplomatlar Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Onlar, həmçinin Suriyadakı durum barədə danışıblar.

İran nümayəndəsi bildirib ki, regionda sülh və sabitliyin qorunması rəsmi Tehranın prioritetidir.

Nəşr edilib : 27.08.2024 09:20