NAXÇIVAN :

11 Aprel 2025, Cümə

İran PUA daşıyan ilk hərbi gəmisini təqdim edib

...

İran çoxsaylı pilotsuz uçuş aparatlarını (PUA) daşıya bilən “Şəhid Bağeri” adlı hərbi gəmisini təqdim edib.

"Şərq qapısı" IRNA agentliyinə istinadla xəbər verir ki, döyüş gəmisi təkcə dronların daşınmasını həyata keçirmir, həm də kəşfiyyat xarakterli PUA-ların idarə olunması üçün zəruri avadanlıqla təchiz edilib.

Hərbi gəminin əsas özəllikləri arasında onun bir istiqamətə əlavə yanacaq tələb edilmədən 22 min dəniz mili boyunca məsafəni qət edərək döyüş tapşırıqlarını yerinə yetirməsidir.

Nəşr edilib : 06.02.2025 11:49