NAXÇIVAN :

03 Fevral 2025, Bazar ertəsi

İran Prezidenti Azərbaycana səfərə dəvət olunub

...

İran İslam Respublikasını Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.
“Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı Səfirliyi “X”dəki hesabında məlumat yayıb.
H.Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb.
İran İslam Respublikasının Prezidenti salamlara, dəvətə görə təşəkkürünü bildirib və onun da səmimi salamlarını Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Nəşr edilib : 02.02.2025 21:52