NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

İrakli Kobaxidze Qazaxıstana rəsmi səfər edib

...

Gürcüstanın Baş naziri İrakli Kobaxidze rəsmi səfərlə Qazaxıstan Respublikasına gedib.

"Şərq qapısı" xəbər verir ki, 5-6 fevral tarixlərindəki səfər çərçivəsində onun Qazaxıstanın Baş naziri Olcas Bektənov ilə təkbətək və geniştərkibli görüşləri nəzərdə tutulub.

Həmçinin, İ.Kobaxidzeni Prezident Sarayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qəbul edəcək.

Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyətinə Baş nazirin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili, təhsil və elm naziri Aleksandre Tsuladze, idman naziri Şalva Qoğoladze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.

Nəşr edilib : 05.02.2025 11:00