Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında...
17:38 23.09.2026
0
0
0
Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş “GİNius 86.600” “Fibonacci” intellektual-əyləncəli oyununun mərhələ yarışı keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və "Fibinacci" MMC-nin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan yarış Naxçıvan Şahmat Mərkəzində reallaşıb. Üç raunddan ibarət oyunda 11 komanda iştirak edib.
Nəticələrə əsasən "Taigete" yarışmanın qalibi olub. "Enamel" ikinci, "404" isə üçüncü olub. Sonda ilk üç yerin sahiblərinə diplom, digər komandalara isə iştirakçı sertifikatı təqdim olunub.
Qeyd edək ki, yarışın qalibi Bakı şəhərində keçiriləcək yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb.
Digər xəbərlər