NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

İllər əvvəl verilən söz Böyük Qayıdışla gerçəkləşdirilir

...

Xocalı şəhər bir nömrəli tam orta məktəbin direktoru, Xocalı sakini Nəvai Həsənov 20 ildən artıqdır ki, təhsil işçisidir. Bu gün müəllimlik kimi şərəfli peşəni öz doğma şəhərində davam etdirmək onun və buradakı bütün təhsil işçilərinin qürur mənbəyidir: “Xocalı uğrunda gedən döyüşlərdə hər kəs var gücü ilə döyüşsə də, səriştəsiz rəhbərliyin ucbatından müqəddəs torpağımızı itirdik. Həmin faciədə atamı, nənəmi və iki bibimi itirdik. Atamın cənazəsini həmin vaxt Ağdamda dəfn etsək də, bibilərim və nənəm hələ də itkindir. Xalqımıza qürurunu qaytaran Ali Baş Komandanımıza və ordumuza daim minnətdar olacağıq. Bu gün şəhidlərin ruhu şaddır. Çünki onların azad etdiyi torpaqlara həyat qayıdır. Xocalı şəhəri bərpa olunur, insanlar öz evinə geri dönür. Bu şəhər əvvəlki xoş günlərinə qovuşur. Dövlət başçısı məcburi köçkünlərlə görüşlərində hər zaman vurğulayırdı ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və budur, biz torpağımıza qayıtmışıq. Prezident İlham Əliyevin Azərbaycan xalqına söz verdiyi və sərkərdə qətiyyəti ilə cəmi 44 gün ərzində həyata keçirdiyi kimi, indi biz torpaqlarımıza qovuşmağın xoşbəxtliyini yaşayırıq”.

Nəşr edilib : 26.02.2026 11:06