NAXÇIVAN :

26 Dekabr 2024, Cümə axşamı

İƏT-in Baş katibi Azərbaycana başsağlığı verib

...

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hüseyn İbrahim Taha dekabrın 25-də Aktauda təyyarə qəzasında həlak olanlarla əlaqədar Azərbaycana başsağlığı verib.
"Şərq qapısı" xəbər verir ki, müvafiq bəyanat təşkilatın saytında yerləşdirilib.
Baş katib həlak olanların ailələrinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib, hadisə nəticəsində xəsarət alanlara şəfa diləyib, bu faciədən sonra İƏT-in Azərbaycan ilə həmrəyliyini vurğulayıb.

Nəşr edilib : 25.12.2024 22:47