Naxçıvan Muxtar Respublikasında 24 noyabra gözləni...
00:11 24.11.2024
0
0
0
NAXÇIVAN :
24 Noyabr 2024, Bazar
İtkin düşənlərin ailə üzvlərinin harayına qoşularaq, onların doğmalarının tapılması üçün dünya ictimaiyyətinə, beynəlxalq qurumlara üz tutur, bu işdə yardım göstərməyə çağırırıq. İtkin düşən şəxslər haqqında məlumatların təqdim edilməsi üçün Ermənistana təzyiq göstərilməsi vacibdir.
"Şərq qapısı" AZƏRTAC-a istinadən xəbər verir ki, işğaldan azad edilmiş ərazilərə ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycanda müharibə qurbanı olan 4 minə yaxın şəxsin taleyindən hələ də xəbər yoxdur: “Ağır və çətin olsa da, biz itkin ailələri məzarsız şəhidlərimizin döyüşdüyü torpaqları qürurla ziyarət edirik. Çünki biz artıq 30 ildən sonra azad, müstəqil Azərbaycanın bütövləşən torpaqlarındayıq. Bu torpaqlara bizim itkin düşən şəhidlərimizin qanı tökülüb. Bu torpaqlarda itkinlərimiz, şəhidlərimiz öz qanları ilə tarix yazıblar. İndi burada olan itkin düşmüş şəxslərin ailələri 33 ildə inanılmaz əzab və iztirab çəkiblər”.
“Biz 33 ildir ki, gözü yolda qalan itkin ailələriyik. İndiyədək qeyri-müəyyənlik içərisində yaşamışıq. Çünki itkin düşənlərimizin başına nələr gəldiyindən xəbərimiz yoxdur. Onların necə və hansı şəraitdə öldürüldüyünü, əzab və əziyyətlə qətlə yetirildiyini bilmirik. Ancaq bu gün BMT də daxil olmaqla, dünya birliyi bütün bunlara göz yumur. Bu azmış kimi, saysız müharibə cinayətləri törədən, əli günahsız insanların qanına batan Ermənistana yardım edir. Bu gün hamımız itkin ailələrinin səsi olaraq dünyaya müraciət edirik. Biz 33 ildir Ermənistanın qəbuledilməz mövqeyinə görə doğmalarımızdan xəbər ala bilmirik, 4 minə yaxın soydaşımızın taleyindən xəbərsizik”, - deyə İctimai Birliyin sədri bildirib.
K.Behbudova ermənilərin törətdiyi bəşəri cinayətlər arasında olan ərazilərin minalarla çirkləndirilməsinin hazırda da dinc əhali üçün böyük təhlükə yaratdığını, dünyanın bu əməllərə göz yumduğunu vurğulayıb: “Biz işğaldan azad olunan ərazilərimizə sərbəst gedə bilmirik. Çünki torpaqlarımız mina və partlamamış hərbi sursatlarla çirkləndirilib. Biz itkin ailələri olaraq, dünyaya səslənirik. İtkinlərimizin qalıqlarının yerini bizə desinlər, tapdalanan hüquqlarımızın müdafiəsinə qalxsınlar. İtkin düşən doğmalarımızın taleyinə aydınlıq gətirməsi üçün Ermənistana təzyiq göstərsinlər. Bu cinayəti törədənlərin haqq-ədalət qarşısında cavab vermələri təmin olunsun. Biz bunu bütün dünyadan tələb edirik. Səsimizin beynəlxalq təşkilatlara çatmasını istəyirik”.
Digər xəbərlər