Naxçıvanda kiçik, orta və iri sahibkarlıq subyektl...
16:56 22.04.2025
0
0
0
NAXÇIVAN :
22 Aprel 2025, Çərşənbə axşamı
Prezident cənab İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Məlum olduğu üzrə dövlət başçısının həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq 2025-ci il yanvarın 1-dən ölkəmizdə 5-ci sosial paket icra edilir. Bu xüsusda minimum əməkhaqqının artırılması, pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min, ümumi sosial paket isə 3 milyon vətəndaşı əhatə edəcək. Eyni zamanda Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında qərarlarında dəyişiklik edərək əməkhaqqılara yeni artımları təsdiqləyib. Bu gün isə dövlət başçısının müvafiq fərmanları ilə Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının, Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının, Prezidentin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının əməkhaqlarının artırılması ölkəmizdə həyata keçirilən sosial islahatların tərkib hissəsidir.
Fərmanda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla digər mülki işçilərin maaşlarının 10 faiz artırılacağı qeyd olunur. Bu, əməkhaqqı tənzimlənən və xüsusi cədvəllər əsasında fəaliyyət göstərən işçilərə münasibətdə tətbiq edilməyəcək, ancaq digər mülki işçilərin maaşlarında artım olacaqdır. Bu mexanizm işçilərin hüquqlarının qorunması və büdcə xərclərinin düzgün paylanması məqsədi daşıyır. Əminliklə demək olar ki, hüquq-mühafizə və bir sıra dövlət orqanları üzrə əməkhaqlarının artırılması bu sahədə fəaliyyətə stimul olacaq.
Canməmməd Canməmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər