Muxtar respublika ərazisində qarlı və şaxtalı hav...
12:38 23.02.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Rəssamlar Birliyinin üzvü, art-terapist, rəssam Mənsur Əsgərlinin “Hisslərin yaddaşı” adlı fərdi yaradıcılıq sərgisi açılıb.
Tədbirə başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva rəssamın yaradıcılıq dünyasından bəhs edib. Rəssamın al-əlvan rənglərlə kətana köçürdüyü əsərlər içərisində Naxçıvan təbiətinin mənzərələri, milli dəyərlərimiz diqqəti çəkir. Vurğulanıb ki, rəssam yaradıcılığında portret janrına da yer ayırır. Onun əsərləri arasında Vətənimizin azadlığı və suverenliyi uğrunda əziz canlarını qurban vermiş şəhidlərin portretləri xüsusi yer tutur.
Çıxış edənlərdən Əməkdar rəssamlardan Telman Abdinov, Cavid İsmayılov, Həbibə Allahverdiyeva və başqaları rəssamın çoxşaxəli yaradıcılığından söz açaraq ona yaradıcılıq uğurları arzulayıblar.
Tədbirin sonunda rəssam Mənsur Əsgərli sərginin təşkilində göstərilən dəstəyə görə Naxçıvan Rəssamlar Birliyinə və sərgiyə gələn qonaqlara təşəkkür edib.
Müəllifin “Şəhid İbrahim Qasımovun portreti”, “Şəhid Bağır Ələkbərovun portreti”, “Yuxu”, “Hisslərin yaddaşı”, “Xəyal”, “Müqəddəs torpaq”, “Şahə qalxanlar” və başqa əsərləri sərgidə yer alır.
Qeyd edək ki, fevralın 22-nə kimi davam edəcək “Hisslərin yaddaşı” sərgisində rəssamın 60-a yaxın əsəri nümayiş olunur.
Aidə İBRAHİMOVA
Digər xəbərlər