NAXÇIVAN :

02 Fevral 2025, Bazar

Hikmət Hacıyev İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri ilə əməkdaşlıq məsələlərini müzakirə edib

...

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə iki ölkənin elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlıq məsələlərini müzakirə edib.
“Şərq qapısı” xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
“AR Prezidentinin köməkçisi Hikmət Hacıyev İran İR Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə görüşüb. Görüşdə iki ölkənin elmi-tədqiqat mərkəzləri və ictimai-siyasi fikir daşıyıcıları arasında əməkdaşlıq və qarşılıqlı səfərlərin təşkili məsələləri vurğulanıb”, – Azərbaycanın Tehrandakı diplomatik missiyasının sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Azərbaycan və İran arasında qarşılıqlı etimad artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olunmuşdu.

Nəşr edilib : 02.02.2025 16:24