Türkiyə Super Liqasında XXXVI tura yekun vurulub...
22:26 18.05.2025
0
0
0
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak etmək üçün İrana səfəri çərçivəsində bu ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədyanla görüşüb.
Bu barədə “Şərq qapısı” IRNA-ya istinadən xəbər verir.
Məlumata görə, İran rəsmisi ikitərəfli iqtisadi və siyasi münasibətlərin ən yüksək səviyyəyə qaldırılmasının vacibliyini vurğulayaraq, iki ölkə arasında tranzit marşrutların tikintisinin sürətləndirilməsinin vacibliyini qeyd edib.
Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri iki ölkə arasında əməkdaşlıqda yeni fəsil açıb. "Hazırda iki ölkə arasında müxtəlif sahələrdə münasibətlər dinamik xarakter daşıyır", - H. Hacıyev qeyd edib. H.Hacıyev əlavə edib ki, Bakı iki ölkə arasında ticarət, bank əməliyyatları, eləcə də birgə enerji yataqlarının işlənməsi sahəsində qarşılıqlı fəaliyyətin fəal inkişaf etdirilməsində qətiyyətlidir.
Digər xəbərlər