Şərurda Milli Müdafiə Universitetinin xüsusi təyin...
15:51 21.04.2025
0
0
0
NAXÇIVAN :
21 Aprel 2025, Bazar ertəsi
Naxçıvan Şəhər İcra Hakimiyyətində 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Dövlətçiliyi” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Liderin həyatı və siyasi fəaliyyətini əks etdirən fotosərgiyə baxış olub. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev “Heydər Əliyev yolu Azərbaycan tarixinin uğur səhifəsidir” mövzusunda çıxış edib. Bildirib ki, 12 dekabr hər bir azərbaycanlının dərin hüzn, minnətdarlıq və ehtiramla xatırladığı, xalqın məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyevin cismanı olaraq həyatla vidalaşdığı gündür. Dahi Lider Heydər Əliyev fiziki olaraq bizlərdən ayrılsa da Azərbaycan xalqının tarixində qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayır və yaşayacaqdır. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. “Xalqın, Vətənin taleyi hər bir insanın öz taleyinə çevrilməlidir”- deyən Ümummilli Lider Azərbaycanın taleyini öz taleyinə çevirdi, həyatını xalqına və ölkəsinə həsr etdi. Dahi şəxsiyyət Vətəni, milləti, dövləti sevməyin, ona təmənnasız xidmətin canlı nümunəsinə çevrildi.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda çıxış edərək, bildirib ki, Ulu Öndərin hər iki rəhbərlik dövrü məhz ölkəmizin qurtuluşu missiyası ilə başlanıb, sonrakı mərhələdə isə onun sürətli sosial-iqtisadi inkişafına və mədəni intibahına həsr olunub. Bu mənada Azərbaycanın 1969-2003-cü illəri əhatə edən bir qərinəlik dövlətçilik tarixi Heydər Əliyev şəxsiyyəti ilə, onun milli qurtuluş fəlsəfəsi, quruculuq fəaliyyəti və ölkənin tərəqqisi naminə mübarizəsi ilə bağlıdır. Onun siyasətçi ömrünün unikal xüsusiyyəti bundan ibarətdir ki, dünya tarixində ən ziddiyyətli yüzillik olan XX əsrdə hələ ölkəmiz keçmiş Sovetlər Birliyinin tərkibində ikən, onu durğunluqdan və böhrandan qurtararaq, müstəqil Azərbaycan dövlətinin yaranması üçün mühüm amil kəsb edən sosial-iqtisadi potensialı formalaşdırdı.
Ali Məclisin deputatı Təhminə Babayeva bildirib ki, Ümummilli Lider Heydər Əliyev tarix yaradan fenomen şəxsiyyətdir. Bu mənada Ulu Öndərin həyatı və siyası fəaliyyəti Azərbaycan xalqının mənəvi sərvətidir. Bu sərvəti qorumaq və ondan doğma Vətənimiz Azərbaycanın rifahı naminə yararlanmaq isə hər bir azərbaycanlının borcudur.
Qeyd olunub ki, bu gün Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsidir ki, 30 ilədək işğal altında olan torpaqlarımız 44 gün ərzində müzəffər ordumuz tərəfindən düşmən tapdağından azad olundu. Bununla həm tarixi ədalət bərpa olundu, həm də “Azərbaycan müstəqil dövlətdir, müstəqil dövlət kimi onun ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı bərpa edilməlidir, təmin edilməli və qorunmalıdır”, - deyən Ümummilli Liderimizin arzuları reallaşdı.
Sonra “Heydər Əliyev və Naxçıvan” adlı film nümayiş olunub.
Aidə İBRAHİMOVA
Digər xəbərlər