NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Həsən Seyidov İğdır valisi ilə görüşüb

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Həsən Seyidov 18 oktyabr – Müstəqilliyin Bərpası Günü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibətilə keçiriləcək konsertdə iştirak üçün Türkiyənin İğdır şəhərinə səfər edib.

Səfər zamanı Həsən Seyidov İğdır valisi Ercan Turan ilə görüşüb, ikitərəfli mədəni əlaqələrlə bağlı müzakirələr edib.

Görüşdə, həmçinin Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının əməkdaşı Gülçin Dünyamaliyev də iştirak edib.

Görüşün sonunda xatirə fotosu çəkilib.

Nəşr edilib : 18.10.2024 22:51