DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər s...
11:11 10.05.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, İspaniyanın Kataloniya regionunda (Santa Susanna) bodibildinq və fitnes üzrə IFBB PRO Avropa Çempionatı keçirilib. Yarışda Azərbaycan idmançıları da işirak ediblər.
Naxçıvandan olan idmançımız Həsən Abdullayev 20 nəfərin olduğu peşəkarların “Classic Physique” kateqoriyasında çıxış edib. Təmsilçimiz ilk iki mərhələni uğurla adlayaraq finala yüksəlib. Əsas mərhələdə 6 idmançıdan biri kimi bodibildinq elementləri nümayiş etdirən Həsən Abdullayev ilk üçlüyə düşə bilməsədə IFBB PRO kartına və medala layiq görülüb. Bu isə o deməkdir ki, idmançı Beynəlxalq Fitness və Bodibildinq Federasiyasının (IFBB) təşkil edəcəyi qarşıdakı dünya çempionatında, o cümlədən digər nüfuzlu yarışlarında iştirak hüququ əldə edib.
Xatırladaq ki, Həsən Abdullayev klassik bodibildinq üzrə 2021-ci il Azərbaycan çempionatının birincisi və mütləq qalibidir. Bu ilin aprel ayında isə ikinci yerə layiq görülmüşdü.
Digər xəbərlər