Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Kəngərli Rayon İcra Hakimiyyətində “Hərbi-vətənpərvərlik: vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti Aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Rəşad Həsənzadə giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək hər bir insan vətəndaşı olduğu ölkə qarşısında müəyyən vəzifə və mənəvi məsuliyyət daşıdığını, bunun isə vətəndaşlıq borcu və ya vətəndaşların konstitusion vəzifələr olduğunu, cəmiyyətdə hər bir şəxsin davranışı və fəaliyyətinin isə onun əməllərində ifadə olunduğunu bildirib. Elə əməllər ki bunlar nə cəmiyyətə, nə də şəxsiyyətin mənafeyinə zərər vurmasın. Yəni hüquqauyğun davranış hesab edilsin. Hüquqauyğun davranışın isə dövlətin hüquq normalarında nəzərdə tutulan ictimai və şəxsi mənafelərin ödənilməsinə yönəlmiş sosial faydalı hərəkət olduğunu bildirmişdir. Sonra isə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin əməkdaşı, polkovnik-leytenant Vüsal Əliyev, Naxçıvan Hərbi Kollecinin əməkdaşı, polkovnik- leytenant Hikmət Hacıyev, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı İsgəndər İsgəndərli və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev mövzu ilə bağlı çıxış ediblər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Digər xəbərlər