NAXÇIVAN :

09 Yanvar 2025, Cümə axşamı

Hərbi hissələr və həbsxanalardakı seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi sabah başa çatır

...

Sabah bələdiyyə seçkiləri üçün hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi başa çatır.

"Şərq qapısı" xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, siyahıların dəqiqləşdirilməsi səsvermə gününə azı 20 gün qalanadək başa çatmalıdır.

Təqvim planında bu müddət 2025-ci il yanvarın 9-da başa çatır.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.

Nəşr edilib : 08.01.2025 11:52