Hərbi cinayətlər törətməkdə təqsirləndirilən ermən...
14:23 24.04.2025
0
0
0
Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 17 min 804 manat və 60 dollar oğurlanıb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, aprelin 19-da və 20-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6 350, 3 min, 2 min, 1015, 1000, 990, 750, 600, 457, 300, 300, 300, 200, 165, 96, 90, 68, 50, 38, 35 manat və 60 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.
"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var",- deyə məlumatda qeyd olunub.
Digər xəbərlər