Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Hakim vəzifəsinə qəbulla bağlı müsabiqədə uğur qazanaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi təyin olunan Rüstəm Qasımov və Şəki Rayon Məhkəməsinin hakimi təyin edilən Hacı Məmmədli Baş prokurorun birinci müavini Elçin Məmmədov tərəfindən qəbul ediliblər.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə Baş prokurorun birinci müavini Rüstəm Qasımov və Hacı Məmmədliyə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Həmçinin müasir Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə zamanın ruhuna uyğun həyata keçirilən ardıcıl və sistemli məhkəmə-hüquq islahatları nəticəsində ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğunlaşdırıldığını vurğulayıb.
Eyni zamanda, yeni reallıqlara uyğun olaraq Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılmaqla gənclərin bütün sferalarda fəal iştirakına geniş imkanlar yaradıldığını, onlara hərtərəfli diqqət və qayğı göstərildiyini, dövlət idarəetməsində yaxından iştiraklarının təmin olunduğunu və bu istiqamətdə görülən tədbirlərin uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Qəbul zamanı Rüstəm Qasımov və Hacı Məmmədliyə Baş prokuror Kamran Əliyev tərəfindən qüsursuz fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlərə görə təltif olunduqları Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanları təqdim edilib.
Rüstəm Qasımov və Hacı Məmmədli çıxış edərək onlara göstərilən yüksək etimada və diqqətə görə Prezident İlham Əliyevə, habelə prokurorluq orqanlarının inkişafında xüsusi rolu olan Baş prokuror Kamran Əliyevə və prokurorluğun rəhbər heyətinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Digər xəbərlər