NAXÇIVAN :

18 Yanvar 2025, Şənbə

Hakan Fidan: Türkiyə və Azərbaycan bundan sonra da hər zaman eyni yolda irəliləyəcək

...

Türkiyə ərazilərin işğalı dövründə hər zaman Azərbaycanın yanında oldu. Azərbaycan da ən çətin günlərimizdə yanımızda idi.
"Şərq qapısı" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Xarici işlər naziri qeyd edib ki, iki ölkə bütün zamanlarda həmişə bir-birinin yanında olub: “Bundan sonra da hər zaman eyni yolda irəliləyəcək”.

Nəşr edilib : 18.01.2025 14:22