AMEA Naxçıvan Bölməsində keçirilən konfrans konsti...
16:16 21.04.2025
0
0
0
Naxçıvan Muxtar Respublikasında müvafiq Dövlət Proqramının icrası istiqamətində Babək rayonu, Hacıvar kənd tam orta məktəbi üçün tikilməkdə olan 456 şagird yerlik binada inşaat işləri sürətlə davam edir.
1,83 hektar ərazini əhatə edən 2 mərtəbəli məktəb binası 3 əsas, 1 köməkçi korpusdan ibarətdir. Tikintiyə kifayət qədər işçi qüvvəsi və texnika cəlb olunub. Məktəbdə müasir standartlara cavab verən 26 sinif otağının tikintisi nəzərdə tutulub.
Qeyd edək ki, inşaat işləri 2025-ci ilin aprel ayının sonlarına doğru yekunlaşacaq, növbəti tədris ilindən etibarən şagirdlər yeni məktəb binasında təhsillərini davam etdirəcəklər.
Cavanşir BAĞIRLI
Digər xəbərlər