NAXÇIVAN :

20 Avqust 2026, Cümə axşamı

Paşinyan: Yerasx-Naxçıvan dəmir yolu sahəsinin təmiri dövlət hesabına aparılacaq

...

Yerasx-Naxçıvan və Axurik-Türkiyə sərhədi dəmir yolu sahələrinin yenidən qurulması Ermənistanın dövlət vəsaiti hesabına həyata keçiriləcək.

"Şərq qapısı" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

"Tikinti işləri Ermənistanın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək", - o qeyd edib.

Söhbət Yerasxdan Naxçıvana qədər olan 1,6 kilometrlik və Axurik kəndindən Türkiyə sərhədinə qədər olan 12,4 kilometrlik sahədən gedir.

Nəşr edilib : 20.08.2026 16:01