NAXÇIVAN :

20 Avqust 2026, Cümə axşamı

Naxçıvanda kartof istehsalı 2,3 dəfə, tərəvəz istehsalı 2,7 faiz artıb

...

1 avqust 2026-cı il tarixə muxtar respublikada 45 778,1 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 24 911,9 ton kartof, 15 332,9 ton tərəvəz, 2 957,4 ton bostan məhsulları, 24 006,9 ton meyvə və giləmeyvə və 16,1 ton tütün yığılmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən “Şərq qapısı”na verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dənli və dənli-paxlalılar istehsalı (qarğıdalısız) 21,6 faiz, kartof istehsalı 2,3 dəfə, tərəvəz istehsalı 2,7 faiz, bostan məhsulları istehsalı 71,1 faiz, meyvə və giləmeyvə istehsalı 2,8 faiz, tütün istehsalı isə 6,7 dəfə artmışdır.

Nəşr edilib : 20.08.2026 15:58