NAXÇIVAN :

14 Mart 2025, Cümə

“Haber Global” Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı süjet hazırlayıb

...

Türkiyənin “Haber Global” telekanalı Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı süjet hazırlayıb.

"Şərq qapısı" xəbər verir ki, materialda martın 13-də öz işinə başlayan XII Qlobal Bakı Forumuna geniş yer verilib.

Süjetdə Prezident İlham Əliyevin açılış tədbirində Forumun dünya problemlərinin həll edilməsi istiqamətindəki rolundan danışması xüsusi vurğulanıb.

“Ötən gün forumda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edirdi. Nazirin forum çərçivəsində açıqladığı məsələlər gündəmi dəyişdi. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında 17 maddəlik sülh müqaviləsinin 15 maddəsi üzrə razılaşma əldə olunmuşdu. Ceyhun Bayramov da martın 13-də son iki maddə ilə bağlı da razılaşma əldə olunduğunu dedi", - materialda vurğulanıb.

Süjetdə həmçinin qeyd olunub ki, rəsmi Bakı Ermənistandan konstitutisiyasının yeniləməsini və Azərbaycana qarşı olan ərazi iddialarının əsas qanundan çıxarılmasını gözləyir. Digər məsələ isə ATƏT-in keçmiş Minsk qrupunun ləğv edilməsi ilə bağlıdır.

Nəşr edilib : 14.03.2025 18:03