NAXÇIVAN :

21 Sentyabr 2026, Bazar ertəsi

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

...

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir.

"Şərq qapısı" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Naxçıvan Dövlət Universitetinə keçir.

Elm və Təhsil Nazirliyinə qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Nəşr edilib : 21.09.2026 15:51