NAXÇIVAN :

24 Sentyabr 2026, Cümə axşamı

Gürcüstan parlament nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

...

Ölkəmizdə səfərdə olan Gürcüstan Parlamenti sədrinin müavini Nino Tsilosaninin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 24-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, tər çiçəklər düzüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıblar, məzarları üzərinə tər çiçəklər düzüblər və “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Nəşr edilib : 24.09.2026 16:58