DSMF-nin nümayəndə heyəti əməyin mühafizəsi və sən...
14:07 04.05.2026
0
0
0
NAXÇIVAN :
04 May 2026, Bazar ertəsi
"Bildiyiniz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızın dini-mənəvi biliklərinin möhkəmləndirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir. Bu layihələr çərçivəsində ötən il və bu il həm Gürcüstanda, həm də Türkiyədə, xüsusilə İstanbulun Halkalı bölgəsində və İğdırda iftar süfrələri təşkil olunub. Naxçıvanda keçirilən bu konfransı da həmin layihələrin davamı kimi qiymətləndirmək olar. Layihəni fərqləndirən əsas xüsusiyyət isə müxtəlif ölkələrdən olan din xadimlərinin məzhəbindən asılı olmayaraq, bir araya gəlməsidir".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
O qeyd edib ki, konfransda Türkiyədən cəfəri icmasının nümayəndələri ilə yanaşı, Diyanət İşləri Başkanlığının tabeliyində fəaliyyət göstərən məscidlərin din xadimləri, həmçinin Qars vilayətinin müftüsü iştirak edir. Gürcüstandan isə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, müftüsü və Azərbaycan üzrə müftüsü konfransa qatılıb. Bütün bunlar Azərbaycanın dini siyasətinin əsas məqsədini – birlik və həmrəylik ruhunun təkcə ölkə daxilində deyil, xaricdə yaşayan azərbaycanlılar arasında da gücləndirilməsini aydın şəkildə göstərir. Bu siyasətin bariz nümunələrindən biri də Naxçıvanda Heydər məscidində və Kazım Qarabəkir Paşa məscidində qılınan vəhdət namazı oldu. Həmin namazda Azərbaycan, Türkiyə və Gürcüstandan olan din xadimləri məzhəb fərqi qoymadan birlik nümayiş etdirdilər.
"Hesab edirəm ki, bu gün İslam dünyasının ən çox ehtiyac duyduğu dəyərlərdən biri məhz vəhdətdir. Bu istiqamətdə həyata keçirilən tədbirlər – Ramazan ayındakı layihələr, beynəlxalq görüşlər və konfranslar bu ideyanın təbliğinə xidmət edir. Xatırladaq ki, daha əvvəl Gürcüstan və Türkiyədən olan din xadimlərinin işğaldan azad olunmuş ərazilərə, o cümlədən Şuşaya səfərləri də təşkil olunmuşdu. Həmin səfər çərçivəsində Şuşa məscidlərində qılınan vəhdət namazı bu gün Naxçıvanda davam etdirilir. Bu həm mühüm, həm də mənəvi baxımdan dəyərli bir missiyadır. Sevindirici haldır ki, Azərbaycan bu missiyanın həm daşıyıcısı, həm də fəal təbliğatçısı kimi çıxış edir", – deyə Gündüz İsmayılov əlavə edib.
Digər xəbərlər