NAXÇIVAN :

26 Dekabr 2024, Cümə axşamı

“GreenFest"də panel müzakirələr aparılıb

...

Naxçıvan şəhərindəki “Saat Meydanı” İstirahət Mərkəzində “GreenFest”  təşkil olunub. Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri İlhamə Nəzərovanın moderatorluğu ilə "Məktəblilər ekologiyaya hansı töhfələri verə bilər?" mövzusunda panel müzakirə aparılıb. 

Qeyd edək ki, tədbirin məqsədi əhalinin diqqətini ekoloji problemlərin birgə həllinə yönəltmək, muxtar respublikanın təbii resurslardan səmərəli istifadə imkanlarını və "yaşıl enerji" potensialını nümayiş etdirmək, eyni zamanda COP29 məqsədlərinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə verməkdir.

Nəşr edilib : 26.10.2024 18:51