NAXÇIVAN :

02 Sentyabr 2026, Çərşənbə

Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb - YENİLƏNİB

...

Xəbər verildiyi kimi, ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb.

"Şərq qapısı" Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı insanlar təxliyə edilib.

Xəsarət alan olmayıb.

02.48

Sentybarın 2-də gecə saatlarında Goranboy rayonu, Nizami kəndi yaxınlığında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Hazırda yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi üçün aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülür. Hadisə nəticəsində xəsarət alan yoxdur”, - deyə nazirliyin məlumatında qeyd edilir.

Nəşr edilib : 02.09.2026 08:15