Millət vəkili Vüqar Rəhimzadə Culfanın Xanəgah kən...
17:35 23.11.2024
0
0
0
Gömrük orqanlarında xidmətə qəbulla bağlı yeni qaydalar müəyyənləşir.
Bununla bağlı Gömrük orqanlarında xidmət haqqında Əsasnaməyə təklif olunan dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, gömrük orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifələrə təyin olunanlara və elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilmir. Təklif olunan dəyişikliyə əsasən, həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul ediləcəklər.
Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Digər xəbərlər