Zaxarova: Moskva COP29-un əla təşkil olunduğunu qe...
14:03 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
20 noyabr 2024-cü il tarixdə keçirilən təlimə Kəngərli rayonunda fəaliyyət göstərən bələdiyyələrin məsul şəxsləri cəlb ediliblər.
Kəngərli Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Nabat Bayramova tədbiri giriş sözü ilə açaraq genderlə bağlı keçirilən təlimin əhəmiyyətini qeyd edib.
Kəngərli rayon Xok kənd bələdiyyəsinin sədri Məcid Məmmədov bu kimi təlimlərin Bələdiyyələrdə Gender Komissiyalarının fəaliyyətində peşəkarlığı daha da artıracağını qeyd edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva təqdimatla çıxış edərək genderə məsul şəxslərin vəzifə və öhdəlikləri barədə ətraflı məlumat verib. Bildirilib ki, yerli idarəetmənin genderə həssas yanaşma və gender bərabərliyi prinsipləri üzərində qurulmasının təşviqi, yerlərdə baş verə biləcək gender əsaslı zorakılıq hallarının vaxtında qarşısının alınması və müvafiq tədbirlərin görülməsi məqsədilə yaradılan Bələdiyyələrdə Gender Komissiyalarının məsul şəxslərinin peşəkarlığı diqqətdə saxlanılır.
30 nəfərin yararlandığı təlimin sonunda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb, broşürlər paylanılıb.
Digər xəbərlər