Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
1 noyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində idarə, müəssisə və təşkilatların genderə məsul şəxsləri ilə gender bərabərliyi təlimi keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova gender bərabərliyini təmin edən qanunlar, beynəlxalq müqavilələr və insan hüquqlarından, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, demokratiyanın inkişafında qadınların rolundan danışıb. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 1995-ci il 10 iyul tarixdə imzaladığı Fərmanla Azərbaycan Respublikası BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyaya qoşulub. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaq, kişi və qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaratmaq məqsədilə qəbul edilən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq muxtar respublikada da insan hüquqlarının tərkib hissəsi olan gender bərabərliyinin, eləcə də qadın və uşaq hüquqlarının təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Eyni zamanda gender bərabərliyi siyasətini səmərəli şəkildə həyata keçirmək üçün nazirlik, komitə, agentlik, xidmət və digər dövlət müəssisə və təşkilatlarında gender məsələləri üzrə məsul şəxslər təyin edilib.
Komitənin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva təqdimatla çıxış edərək genderə məsul şəxslərin vəzifə və öhdəlikləri barədə ətraflı məlumat verib. Bildirilib ki, gender bərabərliyi ilə bağlı keçirilən təlimlər iş yeri mühitində daha inklüziv və bərabərhüquqlu bir atmosferin yaradılması, iştirakçıların daha geniş perspektivlər qazanması və daha güclü empati bacarığına malik olmaları, stereotiplərin və ayrı-seçkiliyin qarşısının alınması ilə təşkilati inkişaf və əmək məhsuldarlığının artmasında mühüm rol oynayır.
26 nəfərin yararlandığı təlimin sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, broşürlər paylanılıb.
Digər xəbərlər