Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəl...
21:55 02.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Babək rayon Payız kəndində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədovun 22 saylı Şıxmahmud seçki dairəsinə daxil olan kəndlərdən olan bir qrup gənclə görüşü olub.
Görüşdən əvvəl Babək rayon Payız kənd tam orta məktəbinin foyesində 8 Noyabr – Zəfər Gününə həsr olunan, Naxçıvan STEAM Mərkəzinin və Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin şagirdlərinin “Azərbaycan Ordusunun zəfər yolu” adlı rəsm və əl işlərindən ibarət sərgi ilə tanışlıq olub.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ali Məclisin deputatı Üzeyir Məmmədov çıxış edərək bildirib ki, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və onun siyasi davamçısı İlham Əliyev tərəfindən davam etdirilir. Qeyd olunub ki, bu gün dövlət tərəfindən gənclərin təhsili, məşğulluğu və asudə vaxtının səmərəli təşkili istiqamətində mühüm proqramlar icra olunur.
Diqqətə çatdırılıb ki, cari il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Suverenliyin qorunması, dövlətin gələcək inkişafının təmin edilməsi məhz gənclərin bilik, bacarıq və vətənpərvərlik ruhundan asılıdır. Gənclər Konstitusiyanın mahiyyətini dərindən mənimsəməli, onun tələblərinə əməl edən vətəndaş kimi yaşamalıdırlar.
Ali Məclisin deputatı diqqətə çatdırıb ki, kəndlərimizdə yaşayan gənclər ictimai fəaliyyətə daha çox qoşulmalı, yerli icmaların idarəçiliyində, sosial layihələrdə fəal iştirak etməlidirlər. Hər bir gənc bilməlidir ki, inkişaf təkcə şəhərlərdə deyil, regionlarda da mümkündür və bu inkişafda onların iştirakı həlledici rol oynayır. Naxçıvan Muxtar Respublikası bu gün Azərbaycanın sürətlə inkişaf edən bölgələrindən biridir. Bu inkişaf gənclər üçün həm məşğulluq, həm də, sahibkarlıq imkanları yaradır. Gənclərimiz bu potensialdan yararlanmalı, öz bacarıqlarını bölgənin və ümumilikdə, ölkəmizin iqtisadi tərəqqisinə yönəltməlidirlər.
Qeyd olunub ki, vətənpərvərlik hissi hər bir gəncin mənəvi dayağıdır. Azərbaycan gənci öz tarixini, milli-mənəvi dəyərlərini, dilini və mədəniyyətini qorumalı, onları gələcək nəsillərə ötürməlidir. Bu dəyərlərə sadiq olmaq həm milli kimliyimizin, həm də dövlətimizin davamlılığının əsas təminatıdır. Təhsil müəssisələrində, ictimai təşkilatlarda, sosial layihələrdə gənclərin bu ruhda formalaşması üçün geniş imkanlar mövcuddur.
Vurğulanıb ki, tariximizin ən şanlı səhifəsi haqq savaşımızda gənclərimizin göstərdiyi igidlik, vətənpərvərlik və qələbə əzmi bütün dünyaya nümunə oldu. Gənclərimiz sinəsini düşmən gülləsinə sipər edərək torpaqlarımızı azad etdi. Suverenliyimiz bərpa olundu. Azərbaycan gənci hər sahədə olduğu kimi Vətən uğrunda gedən döyüşlərdə canından keçib Azərbaycan xalqını qalib xalq etdi.
Təbdirdə Vətən müharibəsi iştirakçısı və qazilərin, şəhid valideynlərinin, Naxçıvan STEAM Mərkəzinin direktorunun, Payız kənd tam orta məktəbinin gənc müəllim və şagirdlərinin çıxışları dinlənilib, iştirakçılar arasında fikir mübadiləsi və müzakirələr aparılıb.
Tədbirin sonunda Payız kəndindən olan Vətən müharibəsi şəhidinin məzarı və ailəsi ziyarət edilib.
Digər xəbərlər