Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni ad...
22:41 22.04.2025
0
0
0
NAXÇIVAN :
23 Aprel 2025, Çərşənbə
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində uzunömürlü, nümunəvi ailələrlə görüş davam etdirilir.
Növbəti dəfə “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində Culfa rayonunun Qazançı kəndində uzunömürlü, nümunəvi Həsənovlar ailəsi ilə gənclərin görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları, “Ailə könüllüləri”, komitədə təcrübə keçən tələbələr 51 ildir, evli olan Həsənov Zakir Əli oğlu və Həsənova Tamella Abbas qızının qonağı olublar.
Uzunömürlü ailə ilə görüşdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Könül Babayeva və Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mədinə Əlisoy müasir Azərbaycan cəmiyyətinin yüksək inkişaf səviyyəsinin təcəssümü olan nümunəvi ailələrin gənc nəsil arasında təbliğinin əhəmiyyətindən, Həsənovlar ailəsinin timsalında ailə dəyərlərimizin qorunub saxlanılmasından və gələcək nəsillərə ötürülməsindən danışıblar. Bildirilib ki, evliliklərinin 51 illiyi tamam olan əməkdar müəllim Zakir Həsənov və onun ömür-gün yoldaşı Tamella Həsənova uzun müddət pedaqoji fəaliyyətlə məşğul olaraq vətənpərvər gənclərin yetişməsində çalışıblar. Uzunömürlü ailə başçısı Zakir Həsənov ailəsinin qayğısına qalaraq onu qoruyub saxlayıb, hər biri ali təhsilli olan 3 övlad böyüdüb, 6 nəvə sahibidir.
Uzunömürlü ailənin üzvləri Zakir Həsənov və Tamella Həsənova 51 illik ailənin möhkəm təməllər üzərində qurulmasında milli dəyərlərimizin, qarşılıqlı hörmətin oynadığı roldan danışıb, gənclərə xoşbəxt ailə həyatı ilə bağlı nəsihətlər veriblər.
Tədbirin sonunda komitə tərəfindən Həsənovlar ailəsinə hədiyyə təqdim edilib.
Digər xəbərlər