NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Gənclər və İdman Nazirliyinin kollektivi Zəfər Abidəsini ziyarət edib

...

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsindəki tarixi Zəfərinin dördüncü ildönümü ölkəmizdə, eləcə də ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında böyük qürur və fəxarət hissi ilə qeyd olunur. Bu münasibətlə bir sıra mədəni-kütləvi tədbirlər, ziyarətlər təşkil olunur. 
Noyabrın 7-si Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov və kollektivin üzvləri Naxçıvan şəhərində tarixi Qələbəmizi simvolizə edən Zəfər Abidəsi önünə gül dəstələri qoyub, qəhrəman şəhidlərimizi yad edərək ehtiramlarını ifadə ediblər.

Əlavə edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilməkdədir.

Nəşr edilib : 07.11.2024 16:41