Türkiyə və Moldova enerji sahəsində əməkdaşlıq mem...
22:41 22.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
COP29 və "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında könüllü gənclər və məktəblilər üçün bir günlük ekoloji düşərgə təşkil olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşan düşərgədə müxtəlif təlimlər, intellektual yarışlar, əyləncəli idman oyunları, hiking yürüşü və təmizlik aksiyası keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, iştirakçılarla görüşdə Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Saleh Həsənov düşərgənin məqsəd və hədəfləri haqqında danışıb, proqramdakı fəaliyyətləri diqqətə çatdırıblar.
Qeyd olunub ki, COP29 kimi mötəbər tədbirə ev sahibliyi, "Yaşıl dünya naminə həmrəylik ili", Naxçıvanın "yaşıl enerji zonası" elan olunması, ümumilikdə, ekosistemin qorunması sahəsində həyata keçirilən mühüm və ardıcıl tədbirlər Azərbaycanın iqlim dəyişmələri ilə mübarizəyə həssas yanaşmasının, qlobal müstəvidən baxışının göstəricisidiir. Muxtar respublikada da iqlim dəyişmələri ilə mübarizə, təhlükəsiz və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə sahəsində innovativ layihələr icra olunur, müxtəlif tədbirlər keçirilir. Gənclərin bu məsələlərə münasibətdə ideya və fəaliyyətləri dəstəklənir, onların iştirakı ilə müxtəlif ekoloji tədbirlər təşkil olunur.
Düşərgədə Naxçıvan Dövlət Universitetinin müəllimi Hüseyn İmanovun "Ekologiya və biz", "Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək" İctimai Birliyinin idarə heyətinin üzvü Günel İbrahimovanın "Ekoloji maarifləndirmədə motivasiya" adlı təlimləri reallaşıb. Gün boyunca gənclər əyləncəli idman oyunlarında, intellektual yarışmada iştirak edib, Batabat yaylağı istiqamətində hikinq yürüşü ediblər.
Gənclər yürüşün sonunda təmizlik aksiyası keçirərək ekodüşərgənin hədəflərinə öz töhfələrini veriblər.
Digər xəbərlər