Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi, Ankara Şəhər Şurası və TİMBİR-in birgə təşkilatçılığı ilə Ankara şəhərində “Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu” baş tutub.
Forumda Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov çıxış edərək gənclərlə iş sahəsində görülən işlərdən, forumun əhəmiyyətindən danışıb.
Vurğulanıb ki, bu tədbir iki qardaş xalqın gənclərinin bir araya gələrək yaşıl gələcəyimiz üçün birlikdə addım atmasının əyani sübutudur. Hər birimizin bu yolda fəal iştirakı, gələcək nəsillər üçün daha yaşıl və yaşana bilən bir dünya yaratmaq üçün mütləqdir. Birlikdə daha güclüyük və bu gücü yaşıl dünya naminə istifadə etməliyik.
Qeyd edək ki, forum çərçivəsində panel müzakirə və bir sıra rəsmi görüşlər də baş tutub.
Digər xəbərlər