NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

"Gənc Mühəndislərin İnkişaf Proqramı" layihəsi həyata keçirilib

...

Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır – 2023” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qalibi Nilgün Qənbərlinin "Gənc Mühəndislərin İnkişaf Proqramı" layihəsinin  Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Fakültəsində açılış mərasimi keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Şərq qapısı" xəbər verir ki, tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov , Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin mütəxəssisi Fatimə Yusifli çıxış edərək layihənin işinə uğurlar arzulayıb.

Sonda çıxış edən layihənin rəhbəri Nilgün Qənbərli Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən gənclərə göstərilən qayğıya görə təşəkkür edib. Nilgün Qənbərli qeyd edib ki, layihənin əsas məqsədi gənc mühəndislərin bilik və bacarıqlarını daha da inkişaf etdirməkdir. 

"Gənc Mühəndislərin İnkişaf Proqramı" layihəsinin I gününü “Süni İntellektin bu günü və gələcəyi” mövzusunda təlim əhatə edib.

II gününü  “Uğurlu İT mütəxəssisi olmaq üçün nə etmək lazımır ?” mövzusunda təlim , Naxçıvan Dövlət Universitetinin STEAM və Server otağına ekskursiya əhatə edib.

"Gənc Mühəndislərin İnkişaf Proqramı" layihəsinin III gününü isə “Süni intellekt dövründə karyera uğuru: Gələcəyin əmək bazarına uyğunlaşmaq” mövzusunda təlim, “Start İT” adlı yarış və mükafatlandırma mərasimi  əhatə edib.                                       

Qeyd edək ki, layihənin donoru Azərbaycan Respublikası Gənclər Fondu, tərəfdaşı isə Naxçıvan Dövlət Universitetidir.
 

Nəşr edilib : 01.11.2024 11:05