Milli Məclisin sədri Latviya Prezidenti ilə görüşü...
18:56 22.04.2026
0
0
0
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) könüllü qanvermə aksiyası keçirib.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Respublika Qan Bankı” Publik Hüquqi Şəxsin tibbi personalının iştirakı ilə FHN-in Bakı şəhəri və regionlarda yerləşən qurumlarında təşkil olunan qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək məqsədilə keçirilib.
Qanvermə aksiyasında nazirliyin Aparatının struktur bölmələri və qurumlarının şəxsi heyəti könüllü olaraq iştirak edib.
Digər xəbərlər