NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Fiziki şəxslərin əmanətlərinin 69,1 faizi milli valyutadadır

...

Martın 31-də fiziki şəxslərin əmanətlərinin 69,1 faizi (11,457.5 milyon manat) milli valyutada, 30,9 faizi (5,130.8 milyon manat) xarici valyutadadır.

Mərkəzi Bankdan bildirilib ki, fiziki şəxslərin əmanət portfelinin 64,9 faizi (10,758.1 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri mart ayında 0,7 faiz və ya 71,8 milyon manat artıb.

Cari ilin I rübündə isə bankların müddətli əmanətləri üzrə artım 4,3 faiz və ya 442,1 milyon manat olub.

Nəşr edilib : 29.04.2026 13:00