Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, 25 sentyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetində “Lider fermer qadınların gənclər arasında təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin professoru Zərövşən Babayeva açaraq mövzunun əhəmiyyətini qeyd edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Könül Babayeva fermer qadınların biznes mühitinə inteqrasiyasının dəstəklənməsi, onların sosial və iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, 2019-2022-ci illər ərzində qadınların sahibkarlıq və kiçik bizneslə məşğul olması, eləcə də ailə təsərrüfatlarının qurulması və genişləndirilməsi istiqamətində sosial layihələr icra olunub, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilib. Ümumilikdə, 4 il ərzində Azərbaycan Respublikası Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 192 qadına 156 min 250 manat dəyərində sərmayə kapitalı verilib. Komitə tərəfindən mütəmadi olaraq aparılan monitorinqlərdə qadınların sərmayə kapitalından düzgün istifadə etdikləri çıxışlar zamanı qeyd olunub.
Tədbirdə uğurlu fəaliyyəti diqqətçəkən fermer qadınlardan Məhparə Hüseynova və Naibə Hacıyeva qazandıqları nailiyyətlər haqqında danışıblar. Sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən göstərilən qayğıya görə minnətdarlıq ediblər.
Diskussiya xarakterli tədbirdən 30 nəfər yararlanıb.
Digər xəbərlər