Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
"Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycanın şəhər və rayonlarında “Sağlam məhəllə” layihəsinin icrasına başlanılıb. Layihənin ilk mərhələsi bu ay Naxçıvan Muxtar Respublikasında start götürüb. Hazırda layihə muxtar respublikanın üç müxtəlif rayonunda – Şahbuz, Culfa və Babək rayonlarında həyata keçirilir və artıq açılış mərasimləri təşkil olunub".
Bu sözləri "Şərq qapısı"na müsahibəsində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov bildirib.
Nazir deyib: "İlk növbədə, bu təşəbbüsün xeyirli olmasını arzulayıram. Sevindirici haldır ki, uşaqlar bu layihəyə böyük maraq göstərir və idman meydançalarından fəal şəkildə istifadə edirlər. Layihənin icrasında bizə dəstək olan idmançılara və müxtəlif idman növlərinin nümayəndələrinə xüsusi təşəkkürümü bildirirəm. Bu əsasən, idmanın kütləviliyinə yönəlmiş bir layihədir. Təbii ki, əhalinin, xüsusilə də uşaqların bu təşəbbüsə böyük sevinc və maraqla yanaşdığını müşahidə edirik. Artıq uşaqlar asudə vaxtlarını sağlam və faydalı şəkildə keçirmək üçün bu məhəllə idman məkanlarından istifadə edirlər".
"Qarşıdakı illərdə layihənin miqyasının genişləndirilməsi nəzərdə tutulur. Qeyd etdiyim kimi, bu cür layihələr gələcəkdə Azərbaycanın digər bölgələrində də həyata keçiriləcək. İlk mərhələ Naxçıvanda başlayıb və bu il ərzində başqa rayonları da əhatə edəcək", – deyə Fərid Qayıbov əlavə edib.
Digər xəbərlər