NAXÇIVAN :

05 Dekabr 2024, Cümə axşamı

Əziz Ələkbərli: Qərbi Azərbaycana qayıdış məsələsi qeyri-sağlam cəhdlərin qarşısını almaq üçün vacib əhəmiyyət kəsb edir

...

Qərbi Azərbaycan İcması Qərbi azərbaycanlı qaçqın soydaşlarımızın doğma evlərinə dinc yolla, təhlükəsizliklərinin təmin olunması şərti ilə və ləyaqətli şəkildə qayıdışının bütün detallarını əhatə edən Qayıdış Konsepsiyasını qısa vaxtda hazırlayaraq təsdiqləyib. Biz soydaşlarımızın qayıdış hüququna beynəlxalq dəstəyin əldə edilməsi məqsədilə xarici dövlətlərə, BMT, Avropa İttifaqı, UNESCO və digər beynəlxalq təşkilatlara müraciətlər göndərdik. İcmamızın Qayıdış Konsepsiyasının və digər mühüm sənədlərinin BMT-nin əsas orqanlarının rəsmi sənədləri kimi yayılmasını təmin etdik.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış" mövzusunda keçirilən ictimai dinləmədə söyləyib.

O bildirib ki, son zamanlar bir sıra xarici qüvvələrin parlament müstəvisində və digər formatlarda Azərbaycanın Qarabağ bölgəsindən könüllü köçüb getmiş ermənilərin qayıdışı məsələsindən ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışdıqlarını da tez-tez müşahidə edirik.

“Bizim fikrimizcə, Qərbi Azərbaycana qayıdış məsələsi üzrə fəaliyyət özlüyündə haqq-ədalət məsələsi olmaqla yanaşı, bu cür qeyri-sağlam cəhdlərin qarşısını almaq üçün də vacib əhəmiyyət kəsb edir”, - deyə Ə.Ələkbərli əlavə edib.

Nəşr edilib : 02.12.2024 12:39