NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

"Exit-poll"un nəticələrinə əsasən, partiyaların səstoplama siyahısını açıqlanıb

...

ABŞ-nin "Oracle Advisory Group” təşkilatının təmsilçisi George Birnbaum növbədənkənar parlament seçkiləri ilə əlaqədar "exit-poll"un nəticələrinə əsasən, partiyaların səstoplama siyahısını açıqlayıb.
"Şərq qapısı" xəbər verir ki, exit-poll nəticələrinə əsasən, parlamentdə Yeni Azərbaycan Partiyasından (YAP) - 63, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) 3,
Bütöv Azərbaycan Partiyasından (BAP ) 1, REAL 1, Milli Cəbhə Partiyası (MCP ) 1, Azərbaycan Demokratik Maarifçilik Partiyası (AMDP) 1 nəfərlə təmsil olunacaq. Bundan başqa 46 nəfər bitərəf namizəd var.
Qeyd edək ki, "Oracle Advisory Group” Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən altı seçki dairəsini əhatə etməyib.

Nəşr edilib : 01.09.2024 20:58